Google yeni Android versiyasını nümayiş etdirib və musiqi servisini istifadəyə verib
12.05.2011
Yeni servis cari ilin mart ayında işə salınmış Amazon Cloud Drive “bulud” musiqi servisi ilə rəqabət aparmalıdır. Amazon Cloud Drive çərçivəsində istifadəçilər üçün beş qiqabayt həcmində pulsuz “bulud” sahəsi təqdim olunur. Onlayn mağazadan mp3 formatında albom əldə edildikdə sözügedən sahə 20 qiqabaytadək genişlənir. Bundan əlavə Amazon Cloud Drive servisində ildə 20 ABŞ dolları ödəməklə 20 qiqabaytlıq virtual yer icarəyə götürmək olar. Google-un musiqi servisi tam pulsuz olacaq.


Facebook sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq Fortune jurnalının
versiyasına əsasən dünyanın ən yaxşı gənc iş adamı adına iayiq görülüb.

















