Sukerberq dünyanın ən yaxşı gənc iş adamı adına layiq görülüb
26.10.2011
Facebook sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq Fortune jurnalının
versiyasına əsasən dünyanın ən yaxşı gənc iş adamı adına iayiq görülüb.
Jurnalın mütəxəssisləri Facebook-un kapitalizasiya dəyərinin 50 milyard dollara kimi yüksəldiyini və sosial şəbəkənin auditoriyasının 800 milyona çatdığını qeyd ediblər.
Qeyd edək ki, jurnal Fortune 40 under 40 reytinqini üç ildir ki təqdim edir. Reytinqə yalnız 40 yaşından aşağı 40 iş adamının adları daxil olunur. 2009-cu ildə bu ada Google şirkətinin həmtəsisçiləri Larri Peyc və Sergey Brin layiq görülüblər. 2010-cu ildə isə birinci yeri Netscape və digər şirkətlərin təsisçisi Mark Andressen tutub.
Xatırladaq ki, 2009-2010-cu illərdə M.Sukerberq reytinqdə ikinci pillədə yer alıb. Cari ildə Larri Peyc reytinqdə ikinci, Sergey Brin isə on birinci pillədə qərarlaşıb.



















