Western Digital’s HD Factory "Submerged" by Thai Flooding
26.10.2011
Yaxın aylarda Taylandda baş verən daşqınlar nəticəsində kompüterlərin qiymətlərinin artması mümkündür. Bu, Acer, Samsung, Western Digital və Seagate şirkətlərinin daşqınların onların istehsal zavodlarına ziyan vurması barədə etdikləri xəbərdarlığın ardınca baş tuta bilər.
Tayland son yarım əsrin ən güclü daşqınları ilə üzləşib. Ölkənin əksər regionlarını su basıb, paytaxt Banqkokda sakinlərin təcili təxliyəsi aparılır. Ən çox ziyan sərt disklər istehsalçılarına dəyib. Taylandda bu qurğuların dörddə biri buraxılır. Daşqınlar başlayandan sözügedən məhsulların qiymətləri ilkin bazarda artıq 20 faiz artıb.
Oktyabrın 29-da dünyanın ən iri sərt disklər istehsalçısı Western Digital şirkəti Taylanddakı bütün zavodlarının bağlanması barədə məlumat yayıb. Ekspertlər bildirirlər ki, dünyanın kompüter sahəsi Taylandda baş verən problemlərə təxminən 2-3 ay sonra reaksiya verəcək, belə ki, indi bazar satıcıları hələ ki avqust-sentyabr aylarında aldıqları malları satırlar.
iSuppli analitik şirkətinin hesablamalarına əsasən, kompüter sahəsi üçün hazırkı daşqınların nəticələri təxminən 2012-ci ilin dördüncü rübünədək hiss ediləcək.

Facebook sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq Fortune jurnalının
versiyasına əsasən dünyanın ən yaxşı gənc iş adamı adına iayiq görülüb.

















